Yunanıstan "Panatinaikos"unun futbolçuları komandanın son məşqini boykot ediblər. 
Sportnet.az-ın məlumatına görə, oyunçular bu addımı maaşlarının verilməməsinə etiraz əlaməti kimi atıblar. Onlar klub prezidenti Vasilis Konstantinə deyiblər ki, 2017-ci ilin oktyabr - dekabr aylarının maaşları ödənilməyəcəyi təqdirdə, məşqləri bərpa etməyəcəklər. 
Ötən həftə "Panatinaikos" keçmiş müdafiəçisi Yens Vemmerə 500 min dollar ödəmədiyi üçün 3 xalından məhrum edilib. Hazırda bu klub Yunanıstan Super Liqasında 9-cu yerdə gedir. 
Qeyd edək ki, "Qəbələ" 2017-2018 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində "Panatinaikos"a evdə 1:2, səfərdə isə 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.









                 





    
    
    
    
    
    
    
    






















































