Topaz Premyer Liqasının XXIII turunda "Qarabağ”la qarşılaşacaq "Kəpəz” bu oyunun hazırlıqlarına start verib.
Sportnet.az-ın məlumatına görə, komanda bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb. 
"Sarı-göylər” Ağdam klubuna qarşı matçın əsas hazırlığını Gəncədə keçirəcək. "Kəpəz” bu məqsədlə sabah doğma şəhərə yola düşəcək.









                 





    
    
    
    
    
    
    
    
    























































