Topaz Premyer Liqasının XXIV turu çərçivəsində səfərdə "Səbail”lə qarşılaşacaq "Kəpəz” bu oyun üçün məşqlərə start verib.
Sportnet.az-ın məlumatına görə, komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir.
"Sarı-göylər”in oyun öncəsi son məşqi görüşün keçiriləcəyi "Bayıl Arena”da olacaq.