1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt"ın məşqçisi: "Keşlə" bizdən daha istəkli idi"
"Sürətli, yaxşı oyun oldu. Rəqib bizdən daha istəkli idi. Hər epizodda aqressivlik göstərirdilər. Bizim futbolçularda isə yorğunluq və öz üzərində təzyiq hiss etmələri büruzə verdi".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın məşqçisi Seymur Rəhimov "Keşlə" ilə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Mehdi Cənnətov niyə ləng təsir bağışlayırdı?
- Mehdi ötən çempionat oyunda dayandığı üçün ona şans verdik. Bu dəfə isə həyəcandan idi. Udmaq istəyən futbolçu hər şeyi dəqiq yerinə yetirməlidir.
- Hər iki komanda eyni şərtlər altında çıxış edirdi. Niyə siz onlardan zəif təsir bağışladınız?
- İki cəbhədə vuruşmaq çətindir. Uşaqların üzərində təzyiq var. Yorğunluq da öz sözünü dedi. İlk görüşdəki nəticə elə də çətin deyildi. Bu gün rəqibimiz bizdən daha istəkli idi. Erkən qol vursaydıq, belə olmazdı.
- Niyə "Keşlə" sizdən istəkli idi?
- Təzyiq altında olacağımızı gözləyirdik. Sadəcə, rəqib daha istəkli idi. Bu da ilk görüşdəki 1:0 hesablı qələbədən irəli gəlirdi. Futbolçularının istirahətə vaxtları olmuşdu.
- Amil Yunanovdan asılılıq sizə problem yaratmadı?
- Amilə yenə də inanırıq. Ona ümidlərimiz böyükdür. Qışda bacardığımız transferləri etdik. İrəliyə inamla baxmaq lazımdır. Çempionatda 5 görüşümüz var.
- Rəqib baş məşqçi Yuri Maksimovun hərəkətini necə dəyərləndirirsiniz?
- Bu, aqressivlikdən irəli gələn hərəkətdir. Düzgün etmədi, amma o da insandır. Bizim də başımıza gələ bilər.