1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz heç-heçə etdi - YENİLƏNDİ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Sportnet.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv səfərdə qazaxıstanlı həmyaşıdları ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşdə ilk qolu 33-cü dəqiqədə Azərbaycan yığmasının üzvü Sərtan Taşkın vurub. Meydan sahiblərinin heyətində isə Aybol Abiken 80-ci dəqiqədə penaltidən fərqlənməklə tarazlığı bərpa edib.
4 iyun
13:00. Qazaxıstan U-21 – Azərbaycan U-21 - 1:1
Qol: Aibol Abiken, 80 Penalti ilə - Sertan Taşkın, 33
Baş hakim: Dmitri Muntyan
Baş hakimin köməkçiləri: Andrey Bodyan, Viktor Mardari
Dördüncü hakim: Aleksandr Tyan
(Hakimlər Moldovadandır)
Azərbaycan: Kamran İbrahimov, Sertan Taşkın, Bəhlul Mustafazadə (K), Anton Krivotsyuk, Qismət Alıyev, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Ziya Əzizov, Ozan Can Kökçü, Fərid Nəbiyev, Ehtiram Şahverdiyev
Qeyd edək ki, Azərbaycan yığması bu oyundan 4 gün sonra Bakıda Macarıstan U-21-ni qəbul edəcək.