1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" Dünya Kubokunda
Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası iyunun 7-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək Qallini Dünya Kubokuna qatılacaq.
Sportnet.az xəbər verir ki, "qırmızı-qaralar” 4 gün davam edəcək beynəlxalq turnirə sabah yola düşəcək. Rakif Əliyevin baş məşqçisi olduğu heyətdə 18 futbolçu yer alıb. Bunlar Zaur Sultanov, Süleyman Damadayev, Vüsal Mirzəzadə, Rauf Rüstəmli, Orxan Səlimov, Ülvi Mədətov, Kamal Kazımov, Anar Tağıyev, Gülağa Əsədov, Mehrac Baxşəliyev, Ümid Həmzəyev, Kamil Nəzirli, Xəyal Səmədov, Kənan Qaragözov, Asif Məmmədov, Rəşad Əmrahov, Tofiq Vahabov və Taleh Qarayevdir.
B qrupunda yer alan "Qəbələ" iyunun 8-də Macarıstanın "Dinamo Star”, iyunun 9-da İtaliyanın "Venetsiya” klubları ilə üz-üzə gələcək. Qrup oyunlarının nəticələrinə əsasən, komandalar iyunun 9-10-da daha 3 matça çıxacaqlar.