1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" Macarıstanda 6-cı oldu
Macarıstanın paytaxtı Budapeştdə 15 yaşadək futbolçular arasında Qallini Dünya Kubokuna yekun vurulub.
Sportnet.az xəbər verir ki, "Qəbələ”nin U-15 komandası turnirin son günündə iki matç keçirib. 5 - 8-ci yerlər uğrunda mübarizədə ilk rəqib İtaliya təmsilçisi "Kavolano” olub. "Qırmızı-qaralar” bu görüşdə böyükhesablı qələbə qazanıb – 6:0. Mehrac Baxşəliyev və Kamal Kazımovun dubl etdiyi qarşılaşmada Gülağa Əsədovla Ümüd Həmzəyev hərəyə 1 qol vurub.
"Qəbələ” 5-ci yer uğrunda matçda Macarıstanın "Uypeşt” klubu ilə görüşüb. 0:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adına isə İtaliya "Udineze”si yiyələnib.