İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ" komandası I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" (Lyublyana) komandasına rəqib olub. İlk oyun iyulun 10-11-də Lyublyanada, cavab görüşü isə 17-18 iyulda Bakıda keçiriləcək.
"Qarabağ" mərhələ adlasa, "Kukesi" (Albaniya) - "Valletta" (Malta) cütünün qalibi ilə qarşılaşacaq. Oyunlar 24-25 iyunda və 31 iyul-1 avqustda keçiriləcək.
I təsnifat mərhələsində qarşılaşacaq cütlüklər:
"Torpedo" (Kutaisi, Gürcüstan) - "Şerif" (Moldova)
"Şkendiya" (Makedoniya) - TNS (Uels)
"Suduva" (Litva) - APOEL (Kipr)
"Olimpiya" (Lyublyana, Sloveniya) - "Qarabağ" (Azərbaycan)
"Düdelanj" (Lüksemburq) - "Videoton" (Macarıstan)
İlkin mərhələnin qalibi - "Malmö" (İsveç)
HİK (Helsinki, Finlandiya) - "Vikinqur" (Farer adaları)
"Ludoqorets" (Razqrad, Bolqarıstan) - "Kruzaders" (Şimali İrlandiya)
"Kork Siti" (İrlandiya) - "Legiya" (Varşava, Polşa)
"Valur" (Reykyavik, İslandiya) - "Rusenborq" (Norveç)
"Kukesi" (Albaniya) - "Valletta" (Malta)
"Flora" (Tallin, Estoniya) - "Hapoel" (Beer-Şeva, İsrail)
"Spartak" (Yurmala, Latviya) - "Srvena Zvezda" (Serbiya)
"Alaşkert" (Ermənistan) - "Seltik" (Şotlandiya)
"Spartak (Trnava, Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina)
"Astana" (Qazaxıstan) v "Sutyeska" (Monteneqro)
II təsnifat mərhələsində qarşılaşacaqlar:
Çempionlar Yolu
"Astana" (Qazaxıstan) / "Sutyeska" (Monteneqro) cütünün qalibi - "Midtyulland" (Danimarka)
"Ludoqorets" (Razqrad, Bolqarıstan) / "Kruzaders" (Şimali İrlandiya) cütünün qalibi - "Düdelanj" (Lüksemburq) / "Videoton" (Macarıstan)
"Kukesi" (Albaniya) / "Valletta" (Malta) - "Olimpiya" (Lyublyana, Sloveniya) / "Qarabağ" (Azərbaycan)
ÇFR (Kluj, Rumıniya) - İlkin mərhələnin qalibi / "Malmö" (İsveç)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Flora" (Tallin, Estoniya) / "Hapoel" (Beer-Şeva, İsrail)
"Spartak" (Yurmala, Latviya) / "Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva) / APOEL (Kipr)
BATE (Borisov, Belarus) - HİK (Helsinki, Finlandiya) / "Vikinqur" (Farer adaları)
"Şkendiya" (Makedoniya) / TNS (Uels) - "Torpedo" (Kutaisi, Gürcüstan) / "Şerif" (Moldova)
"Kork Siti" (İrlandiya) / "Legiya" (Varşava, Polşa) - "Spartak (Trnava, Slovakiya) / "Zrinski" (Bosniya və Herseqovina)
"Alaşkert" (Ermənistan) / "Seltik" (Şotlandiya) - "Valur" (Reykyavik, İslandiya) / "Rusenborq" (Norveç)
Liqa Yolu
PAOK (Yunanıstan) - "Bazel" (İsveçrə)
"Ayaks" (Hollandiya) - "Şturm" (Qrats, Avstriya)

--------------------------
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı "Qarabağ" komandası təmsil edəcək. Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Püşkatma zamanı daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alan "Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə enib. Bunlar Makedoniyanın "Şkendiya", Lüksemburqun "Düdelanj", Sloveniyanın "Olimpiya" (Lyublyana), Litvanın "Suduva" və Gürcüstanın "Torpedo" (Kutaisi") komandalarıdır.
1-ci qrup
Səpələnmişlər: APOEL (Kipr), "Qarabağ" (AZƏRBAYCAN), "Şerif" (Moldova), TNS (Uels), "Videoton" (Macarıstan)
Səpələnməmişlər: "Şkendiya" (Makedoniya), "Düdelanj" (Lüksemburq), "Olimpiya" (Lyublyana, Sloveniya), "Suduva" (Litva), "Torpedo" (Kutaisi, Gürcüstan)
2-ci qrup
Səpələnmişlər: "Ludoqorets" (Razqrad, Bolqarıstan), "Legiya" (Varşava, Polşa), "Malmö" (İsveç), "Rusenborq" (Norveç), HİK (Helsinki, Finlandiya)
Səpələnməmişlər: "Vikinqur" (Farer adaları), "Kruzaders" (Şimali İrlandiya), ilkin mərhələnin qalibi, "Kork Siti" (İrlandiya), "Valür" (Reykyavik, İslandiya)
3-cü qrup
Səpələnmişlər: "Seltik" (Şotlandiya), "Astana" (Qazaxıstan), "Srvena Zvezda" (Serbiya), "Hapoel" (Beer-Şeva, İsrail), "Kukesi" (Albaniya), "Zrinski" (Bosniya və Herseqovina)
Səpələnməmişlər: "Spartak" (Trnava, Slovakiya), "Valletta" (Malta), "Alaşkert" (Ermənistan), "Sutyeska" (Monteneqro), "Spartak" (Yurmala, Latviya), "Flora" (Tallin, Estoniya)
Bu mərhələnin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək.
Növbəti mərhələyə yüksələcək 16 komandaya daha 4-ü - BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Midtyuland" (Danimarka) və ÇFR (Kluj, Rumıniya) qoşulacaq. Beləliklə, II təsnifat mərhələsində 10 cüt formalaşacaq. I təsnifat mərhələsini adlayacağı təqdirdə, "Qarabağ" yenə səpələnmişlər səbətində yer alacaq. Oyunlar 24-25 iyulda və 31 iyul-1 avqustda keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.