1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ansi Aqolli: "Rəqibə hörmətlə yanaşırıq"
"Qarabağ"ın futbolçusu Ansi Aqolli Çempionlar Liqasının I təsnifat mərhələsində üz-üzə gələcəkləri Sloveniya "Olimpiya"sı barədə danışıb.
Sportnet.az-ın məlumatına görə, albaniyalı müdafiəçi rəqibin güclü olduğunu bildirib. Onun fikrincə, "Olimpiya" I təsnifat mərhələsi üçün çətin komandadır: "Bilirik ki, Sloveniyada futbol necə inkişaf edir. Ötən il "Maribor" Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi və layiqli oyun göstərdi. Rəqibə hörmətlə yanaşırıq, heç bir zəif komanda öz ölkəsində çempion ola bilməz".
"Qarabağ"ın artıq hazırlıqlara başladığını xatırladan 36 yaşlı oyunçu bu gün Avstriyaya yollanacaqlarını diqqətə çatdırıb. O, "Olimpiya" ilə oyunlara yaxşı hazırlaşacaqlarını vurğulayıb: "Biz də ən yaxşısını etməyə çalışacağıq, çünki avrokubokların bizim üçün nə qədər vacib olduğunu yaxşı anlayırıq".
Qeyd edək ki, "Olimpiya" ilə ilk oyun iyulun 11-də Lyublyanada, cavab görüşü isə bundan bir həftə sonra Bakıda olacaq.