Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ” komandası ilk yoxlama oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Albaniyanın "Kukesi” klubu olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 79-cu dəqiqədə Stiven Jozef-Monroz açıb. Lakin "qırmızı-qaralar" uzatma dəqiqələrində qələbəni əldən veriblər. Albaniya təmsilçisi bərabərlik qolunu vuraraq, məğlubiyyətdən xilas olub.
Qeyd edək ki, "Kukesi" 2017-2018 mövsümünü vitse-çempion kimi başa vurub. Lakin çempion "Skenderbeu" danışılmış oyunlarda iştirak faktı ilə əlaqədar avrokuboklardan kənarlaşdırıldığından, Çempionlar Liqasına "ağ-göylər" yüksəlib. Bu klub I təsnifat mərhələsində Malta "Valletta"sını üstələməyi bacarsa, növbəti mərhələdə "Qarabağ"a rəqib ola bilər. Amma bunun üçün Azərbaycan təmsilçisi də Sloveniya "Olimpiya"sını keçməlidir.
Digər tərəfdən, Hazırda "qırmızı-qaralar"ın heyətində yer alan Rauf Əliyev ötən mövsümün ilk yarısını məhz "Kukesi"də keçirib.
Yoxlama oyunu
20:00. "Qəbələ" - "Kukesi" - 1:1
Qollar: Stiven Jozef-Monroz, 79 - Dino Spehar, 90+1
"Qəbələ": 22. Dmitri Bezotosnı
3. Vojislav Stankoviç
27. Bəhlul Mustafazadə
18. İlqar Qurbanov
34. Ürfan Abbasov
4. Elvin Camalov
8. Qismət Alıyev
11. Asif Məmmədov
33. Təmkin Xəlilzadə
28. Stiven Jozef-Monroz
10. Rauf Əliyev
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov
35. Murad Popov
5. Rasim Ramaldanov
7. Roman Hüseynov
26. Faiq Hacıyev
29. Hacıağa Hacıyev
32. Amin Seydiyev
88. Sabien Lilay
89. Abbas Ağazadə
Moravske Toplitse