1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Araz”ın daha 2 potensial rəqibi bilindi
Azərbaycanı futzal üzrə Çempionlar Liqasında təmsil edəcək "Araz” klubunun daha iki potensial rəqibi müəyyənləşib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, "Tatişvili” (Gürcüstan) və "Futsamba Naas” (İrlandiya) da turnirdə gücünü sınayacaq. Beləliklə, iştirakçı komandaların sayı 56-ya çatıb. Ümumilikdə 59 komandanın qalib adı uğrunda yarışacağı liqada 3 ölkəni - Türkiyə, Farer adaları və Lixtenşteyni hansı komandanın təmsil edəcəyi hələ dəqiqləşməyib.
Çempionlar Liqasında iştirakı dəqiqləşən komandalar:
"İnter”, "Barselona” (hər ikisi İspaniya), "Qazprom-Yuqra”, "Sibiryak” (hər ikisi Rusiya), "Sportinq”, "Benfika” (hər ikisi Belçika), "Kayrat”, "Aktobe” (Qazaxıstan), "Acqua e Sapone ” (İtaliya), "Prodexim Xerson” (Ukrayna), "ARAZ” (AZƏRBAYCAN), "Doboveç” (Sloveniya), "Era-Pack Chrudim” (Çexiya), "İnformatica Timişoara” (Rumıniya), "Slov-Matik” (Slovakiya), "Hovokubo” (Hollandiya), "Halle - Guik” (Belçika), "Mostar” (Bosniya və Herseqovina), "Lidselmaş Lida” (Belarus), "Rekord Bielsko-Biala” (Polşa), "Veles” (Makedoniya), "KaDu” (Finlandiya), "Nikars” (Latviya), "Sanderjord” (Norveç), "Uddevalla” (İsveç), "Reading Eskolla” (İngiltərə), "Doukas” (Yunanıstan), "Dinamo” (Moldova), "JB Gentofte” (Danimarka), "Çelik” (Monteneqro), "Varna City” (Bolqarıstan), "Fidell” (İsveçrə), "Leo” (Ermənistan), "Enkamp” (Andorra), "Vytis” (Litva), "Tirana” (Albaniya), "Makkabi Nahalat İtzhak” (İsrail), APOEL (Kipr), "Kardif University” (Uels), "Tallinna Kosmos” (Estoniya), "Lynx” (Cəbəllütariq), "Valletta” (Malta), "Murata” (San Marino), "Vattcell” (Şotlandiya), "Nohenstein - Ernstthal” (Almaniya), "Feniks” (Kosovo), "Murexin Allstars” (Avstriya), "Racinq” (Lüksemburq), "Belfast Yunayted” (Şimali İrlandiya), "Vangir Jupiters” (İslandiya), "Novo Vrejeme” (Xorvatiya), "Ekonomac” (Serbiya), "Gyor” (Macarıstan), "Kremlin – Bicetre Yunayted” (Fransa), "Tatişvili” (Gürcüstan), "Futsamba Naas” (İrlandiya)
Qeyd edək ki, "Araz" mübarizəyə yenə əsas mərhələdən başlayacaq. Buna qədər cari ildə avqustun 28-dən sentyabrın 2-dək ilkin mərhələnin oyunları keçiriləcək. Əsas mərhələ oktyabrın 2-dən 7-dək, elit raund noyabrın 13-dən 18-dək təşkil ediləcək. "Dördlər finalı” aprelin 25-i 27-i və ya 26-sı 28-i tarixlərində keçiriləcək.
Aprelin 25-də və ya 26-da yarımfinal, ayın 27-də və ya 28-də isə üçüncü yer və həlledici matça şahidlik etmək mümkün olacaq. İlkin, əsas və elit raund oyunları erkən də başlaya bilər, bunun üçün qrupda yer alan komandaların hamısı razılıq verməlidir. Püşkatmaya gəldikdə, iyulun 5-də ilkin və əsas, oktyabrın 14-də, elit mərhələnin iştirakçıları rəqiblərini tanıyacaq. "Dördlər finalı”ndakı cütlüklər isə 2019-cu ildə bilinəcək. Hələlik dəqiq vaxt təsdiqlənməyib.