Futzal üzrə Azərbaycan millisinin üzvü Oliveyra Vilyams De Nasçimento "Vassura” karyerasını İspaniyada davam etdirəcək.
Sportnet.az-ın məlumatına görə, hücumçu Birləşmiş Ərəb Əmirliyinin "Al Dəfra” klubu ilə müqaviləsini yeniləməyib.
33 yaşlı oyunçu Saraqosanın "Rios Renovables” komandası ilə anlaşıb. Onun təqdimat mərasimi avqustun 21-də olacaq.
Qeyd edək ki, Vassoura DÇ-2016 və AÇ-2018-in oyunlarında Azərbaycan yığmasının formasını geyinib.