1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Musayev: "Say azlığı işimizi çətinə salır"
Futbol üzrə Azərbaycan Kubokunda 1/16 final mərhələsi ləğv edilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Report”a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. Təşkilatçı qurumun rəhbəri bildirib ki, 2018/2019 mövsümünə 1/8 final mərhələsindən start veriləcək: "Komanda sayı az olduğu üçün yarışa 1/8 final mərhələsindən başlamağa məcburuq. İndiki durumda turnirin qrup mərhələsi formatında təşkili də uyğun deyil. Cəmi 14 komanda olacaq - Premyer Liqadan 8, I diviziondan isə 6 kollektiv. Əvəzedici komandaları yarışa buraxa bilmərik. Çox istəyirdik ki, yenilik edək. Amma ortada olan budur. Say azlığı işimizə çətinə salır. Hələ kubokda 14 iştirakçının olmağı, yəni I divizondan 6 komandanın gəlməsi sual altındadır”.
Musayev Azərbaycan Kuboku üçün sponsor axtardıqlarını da deyib. O, hazırda bununla bağlı danışıqların getdiyini söyləyib: "Söz verən var, amma dəqiq bir şey yoxdur”.
Qeyd edək ki, Azərbaycan Kubokuna dekabrın 6-da start veriləcək. Final matçı isə mayın 19-da keçiriləcək.