"Keşlə” ilə Topaz Premyer Liqasının II turunun qarşılaşmasındakı ikinci qolun müəllifi olan Pərdis Fərcad-Azad "Zirə”nin yubiley qoluna imza atıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi qəsəbə təmsilçisinin 100-cü ev qolunun müəllifi olub. Bu matçadək öz meydanında 67 oyun keçirən "qartallar" 98 dəfə fərqlənmişdi. 68-ci görüş 100-cü qol üçün yetərli olub. Toplardan 65-i Premyer Liqa, 28-i I Divizion, 5-i Azərbaycan Kuboku, 2-si Avropa Liqasına təsadüf edib.
Qeyd edək ki, "Zirə" - "Keşlə" matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.



































































