UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan yığması ilə eyni qrupda yer alan Kosovoya Farer adalarını öz meydanında qəbul etməyə icazə verib.
Sportnet.az-ın məlumatına görə, Avropa futbol qurumunun yeni üzvü III qrupdakı ilk ev oyununu paytaxt Priştinada keçirəcək. Sentyabrın 10-da Fadil Vokkri stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Oktyabrın 11-də Malta, noyabrın 20-də isə Azərbaycanla nəzərdə tutulan görüşlərin stadionları isə hələlik rəsmən açıqlanmayıb.
Qeyd edək ki, Kosovo millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərini Albaniyanın Şkoder şəhərindəki "Loro Boriçi" stadionunda qəbul edib. Kosovo Futbol Federasiyasının mərhum prezidenti Fadil Vokkrinin adını daşıyan stadion 1953-cü ildə tikilib və 13500 tamaşaçı tutumuna malikdir. Burada yerli "Priştina" klubu ev oyunlarını keçirib.