1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sənan Qurbanov: "Ən pis oyunumuzu keçirdik"
"Gözlədiyimiz oyunun tam əksini izlədik. Matça fərqli şəkildə hazırlaşmışdıq. Tam fərqli planlarımız var idi. Sanki hər şey 180 dərəcə çevrildi. Rəqib 10 nəfərlə qalanda da üstünlüyə malik idi. Belə pis oynadığımızı xatırlamıram. Arxada qalan 3 oyunun ən pisini keçirdik. Buna çox üzüldüm. "Neftçi” ilə görüşün ikinci hissəsində yaxşı oynamışdıq. Amma bu dəfə meydanda tam fərqli futbol gördük. Hücum barədə dediklərimin əksi oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis komandasının zəif çıxışının səbəbini belə izah edib: "Futbolçulara tapşırıb, oyuna kökləmişdik. Ötən tur məğlub olmuşduq, bu dəfə evdə qalib gəlməli idik. Amma sanki futbolçulara da nə isə olmuşdu. Matça baxıb, təhlil edib, oyunçularla fərdi, ciddi söhbət aparacağıq. Bunun bir çıxış yolunu tapmalıyıq. Üstünlüyün də rəqibdə olması məni düşündürür. On nəfərlə qalan rəqiblə qarşılaşmada qələbə hesabını qorumamaq olduqca pis haldır. Etiraf edirəm ki, bu gün qələbəyə layiq deyildik".
Qurbanov mərkəz müdafiəçisi Rasim Ramaldanovu zədə ilə əlaqədar əvəzlədiyini də əlavə edib: "Yerə yıxıldıqdan sonra Rasimin başı gicəlləndi. Bu səbəbdən, Asif Məmmədovu meydana daxil etdim ki, oyuna nəzarəti əldə saxlayaq. Təəssüf ki, bu, öz bəhrəsini vermədi".