Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Kosovo və Malta yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov qarşıdakı görüşlərə 25 futbolçu dəvət edib. Onlardan cəmi 4-ü legionerdir.
Qapıçılar: Kamran Ağayev ("Keşlə”), Səlahət Ağayev ("Neftçi”), Emil Balayev ("Səbail”)
Müdafiəçilər: Maksim Medvedev ("Qarabağ”), Bədavi Hüseynov ("Qarabağ”), Rahil Məmmədov ("Qarabağ”), Məhəmməd Mirzəbəyov ("Neftçi”), Təmkin Xəlilzadə ("Qəbələ”), Urfan Abbasov ("Qəbələ”), Bəxtiyar Həsənalızadə ("Sumqayıt”), Pavlo Paşayev ("Aleksandriya”, Ukrayna)
Yarımmüdafiəçilər: Qara Qarayev ("Qarabağ”), Coşqun Diniyev ("Qarabağ”), Emin Mahmudov ("Neftçi”), Namiq Ələsgərov ("Neftçi”), Rəhman Hacıyev ("Neftçi”), Cavid Hüseynov ("Qəbələ”), Rahid Əmirquliyev ("Səbail”), Cavid İmamverdiyev ("Sabah”), Riçard Almeyda ("Astana”, Qazaxıstan), Dmitri Nazarov ("Aue”, Almaniya)
Hücumçular: Mahir Mədətov ("Qarabağ”), Ramil Şeydayev ("Krılya Sovetov”, Rusiya), Rauf Əliyev ("Qəbələ”), Ruslan Qurbanov ("Səbail”)
Qeyd edək ki, Azərbaycan millisi Kosovo ilə sentyabrın 7-də Bakı Olimpiya Stadionunda qarşılaşdıqdan sonra sentyabrın 10-da Maltanın qonağı olacaq. Bu oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışı avqustun 28-də başlanacaq.