Bu gün UEFA Millətlər Liqasının oyununda üz-üzə gələcək Azərbaycan və Kosovo yığmalarının iştirak ərizələri açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, ilkin heyətdən 3 futbolçu komandaların 23 nəfərlik siyahısına daxil edilməyib. Meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"dan dəvət etdiyi müdafiəçi Bəxtiyar Həsənalızadə ilə "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərovu kənarda saxlayıb.
Kosovo yığmasından isə Xorvatiya "Hayduk"undan çağırılmış müdafiəçi Ardian İsmayli "23-lük"də yer almayıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq.