1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Mən qorxmuram, faktları deyirəm"
"Ağır oyun oldu. Bunu gözləyirdik. rəqibin fərdi ustalıqlı oyunçuları var idi. ilk yarıda hər iki komanda ehtiyatlı idi, fasilədən sonra daha maraqlı oldu. Futbolçularımın nizam-intizamlarından razı qaldım".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov Bakıda Kosovo ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Sizə elə gəlmirmi ki, start heyəti səhv seçmişdiniz? Çünki ikinci hissədə meydana daxil olan futbolçular oyunun axarını dəyişə bildilər.
- Mən buna qorxaq futbol deməzdim. İlk yarıda rəqibin fərdi hazırlıqlı futbolçularının qarşısını aldıq.
- Milli komanda bundan da yaxşı oyuna qadirdir?
- Mütləq qadirdir. Bunun üçün futbolçular yaxşı çempionatlarda olmalıdır. Mən qorxmuram, sadəcə, faktları deyirəm. Futbolçularımızın daha yaxşı oynamaq potensialları var. Bunu gələcəkdə görəcəyik.
- Qələbəyə nə mane oldu?
- Rəqibi taktiki cəhətdən düzgün analiz etmişdik. Lakin çempionat aşağı səviyyədədirsə, ustalığı artırmaq mümkünsüzdür. Futbolçularımız sonadək aqressiv ola bildilər və rəqibdən çəkinmədilər.
- Cavid İmamverdiyev Malta ilə səfərdə oynaya bilər?
- Ola bilər. Amma bu, hazırlıqdan asılı olacaq.
- Oyun ərzində taktiki dyişiklik etməyi düşünmədiniz?
- Rəqib elə də sadə oyunçulardan ibarət deyil. Futbolçu dəyişikliklərimizdən sonra oyunumuz sürətləndi. Rəqibə hücumlar qurmaq imkanı vermədik.
- Bugünkü heç-heçədən sonra şansları necə dəyərləndirərdiniz?
- Sonadək mübarizə aparacağıq. Ola bilər, 2 oyunda uduzasan, sonra qrup qalibi olacağam. Sonadək mübarizə aparacaq, hər bir rəqibə qalib gəlməyə çalışacağıq.
- Almeyda son aylarda artırıb, yoxsa...?
- Almeydanın gerilədiyini deməzdim. Oyunundan razı qaldım. Yenə sərbəst çıxış edirdi.