1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kosovonun baş məşqçisini Bakıda özündən çıxaran olay - EKSKLÜZİV
Kosovo milli komandasının baş məşqçisi Bernar Şalland Azərbaycan yığması ilə UEFA Millətlər Liqasının oyunundan sonra Bakı Olimpiya Stadionunu əsəbi tərk edib.
Sportnet.az xəbər verir ki, isveçrəli mütəxəssis komandanın avtobusuna doğru yönələrkən, Kosovo nümayəndə heyəti üzvlərinə iradlar bildirib. Onun danlaqları qarşısında hamı susaraq, cavab verməyib. Bir neçə dəqiqəyədək çəkən olayın ardından Şalland avtobusa doğru yönəlib.
Sportnet.az baş məşqçinin əsəbi davranışlarının səbəbini kosovolu jurnalistlərdən dəqiqləşdirə bilib. Məlum olub ki, Şalland Azərbaycanla oyunun ardından D Liqasının 3-cü qrupunda Farer adaları və Malta arasında başlanmış digər oyunu izləmək istəyib. Lakin kosovolu nümayəndə heyətindən heç kim onun istəyini yerinə yetirə bilməyib. Bu isə Şallandı özündən çıxarıb. Sentyabrın 11-də Farer adaları ilə keçirəcəkləri növbəti oyunadək vaxtın az qaldığını nəzərə alan təcrübəli mütəxəssis rəqiblərin görüşünə elə stadiondaca baxdıqdan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında onları gözləyən çarter reysli təyyarəyə yollanmaq istəyirmiş...
Qeyd edək ki, Bernar Şalland Azərbaycanla 0:0 hesabı ilə nəticələnən oyundan sonra mətbuat konfransına da gec qatılıb. Bu tədbirin ardından isə Kosovo yığmasının avtobusu onu xeyli gözləməli olub. Farer adaları yığması Maltaya 3:1 hesabı ilə qalib gəlib.