UEFA Millətlər Liqasının II turunda Maltanın qonağı olan Azərbaycan yığmasının oyununu izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev də var.
Sportnet.az-ın verdiyi məlumata görə, milli assosiasiyanın rəhbəri Ta Qali Milli Stadionundakı görüşü tribunadan izləyir.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 22:45-də başlayan görüşdə hesab açılmayıb.