1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kapitan yığma ilə vidalaşdı
İngiltərənin "Aston Villa” klubunun futbolçusu Mayl Yedinak kapitanı olduğu Avstraliya yığma komandasındakı karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bunu şəxsi "İnstagram” hesabında yazıb.
"Millidəki karyeramı bitirməyin vaxtıdır. Uşaq yaşlarımdan bu məşhur yaşıl və qızılı rənglər altında oynamağı arzulayırdım. İndi milli karyeramı bitirmək üçün düzgün vaxt olduğunu düşünürəm" deyən Yedinak bütün diqqətimi klub karyerasına yönəltmək istəyini diqqətə çatdırıb. O, 10 il ərzində milli formanı geyinmək və kapitan olmaqdan qürur duyduğunu bildirib: "Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Mayl Yedinak 2008-ci ildən milli komandada çıxış edirdi. Bu müddət ərzində 79 dəfə milli formani geyinən 34 yaşlı futbolçu 20 qol vurmağı da bacarıb.