
"Qarabağ” avrokuboklarda yubiley oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin II turunda İngiltərənin "Arsenal” komandası ilə görüş Ağdam təmsilçisinin avrokuboklarda 100-cü oyunu kimi tarixə düşüb.
Bakı Olimpiya Stadionunda keçirilən matç saat 20:55-da start götürüb.
Qeyd edək ki, indiyədək "Neftçi” 58, "Keşlə” və "Qəbələ” hərəyə 36 avrokubok oyunu keçirib.