
Avropa Liqasının qrup mərhələsində II turun ilk oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Qazaxıstan "Astana"sı Fransanın "Renn" klubunu qəbul edib. "Astana Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Baktiyor Zaynutdinov 64-cü, Marin Tomasov isə 90+1-ci dəqiqədə vurub.
Qalib komandada Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda 63-cü dəqiqəyədək meydanda olub. "Qarabağ"ın daha bir sabiq futbolçusu Pedro Enrike isə sonadək meydanda olub. O, 89-cu dəqiqədə əvəzlənib.
Bu qələbə sayəsində xallarını 4-ə çatdıran "Astana" K qrupunda liderliyə yüksəlib. 3 xalı olan "Renn" isə 2-ci pilləyə enib. Qrupun digər oyununda xalsız "Yablonets" Çexiyada 1 xala malik Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edəcək.