Milli komandamızın yarımmüdafiəçisi Cavid
İmamverdiyev Farer adaları ilə oyundan (3:0) sonra sportnet.az-ın əməkdaşının
da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- 3:0 hesablı qələbədən sonra yəqin ki, əhval-ruhiyyə də xeyli dəyişib. Nəticəni necə qiymətləndirirsiniz?
- Əlbəttə, bu qələbə özümüzə gələ bilmək üçün bizə çox lazım idi. Həm komanda, həm də öz adımdan çox sevinirəm ki, belə gözəl qələbə qazana bildik. Azərbaycan xalqını sevindirə bildik, bu 3 xal gələcək oyunlarımız üçün bizə lazım idi. İnanıram ki, bundan da yaxşı oyun göstərə bilərik. İstəsəydik farerlilərə 5-6 qol da vura bilərdik. Amma bu, oyundu. Şükürlər olsun ki, qələbə bizimlə oldu.
- Meydana sonradan daxil oldunuz. Özünüzü start heyətində hazır sayırdınız, yoxsa əvvəlcədən bilirdiniz ki, oyuna daha sonra daxil olacaqsınız?
- Sizə deyim ki, baş məşqçimiz Qurban Qurbanovun dediyi kimi, milli komandada futbolçuların hamısı eyni səviyyədədi. Fərq etməz, ola bilər ki, hazırlıq baxımından kimsə bir az aşağı, kimsə yuxarı ola bilər. Ancaq futbolçu baxımından hamısı eyni səviyyədədi. Qurban müəllim də hamımızə eyni səviyyədə görür. İstər sona 1 dəqiqə qalmş çıx, istərsə də ilk dəqiqələrdə meydana çıx, fər qyoxdu. Bu, milli komandadı, canını qoymalısan, əlindən gələnin artıqlamasıyla etməlisən.
- Hesab 0:0 olanda komanda bir az inamsız görünürdü. Bu zaman rəqibdə də bir neçə qol epizodu oldu. Bu ehtiyat oynçular skamyasından necə görünürdü: futbolçularda həyəcan var idi, yoxsa..?
- Deməzdim ki, həyəcan vardı. Sadəcə, bu, futboldu, Bəzi epizodlar var idi ki, alınmırdı. Yenə deyirəm ki, bu qələbə üçün əlimizdən gələni etdik. Əsas odur ki, Qurban müəllimin tapşırıqlarını yerinə yetirək. Düşünürəm ki, komandamız da bu gün bunu bacardı. Hər şeyi qoyaq bir kənara, bu qələbə sırf Azərbaycan xalqını sevindirmək, özümüzü kökləmək üçün bu, çox lazım idi.
- Milliyə özünəinam hissini qaytarmaq baxımından vacib idi...
- Bəli-bəli. Düşünürəm ki, növbəti qarşılaşmalarda bu oyunumuzu daha da artırıb qələbələrimizi sıralayacağıq və Azərbaycan xalqını sevindirəcəyik.
- Süni örtüklü meydanda oynamaq nə dərəcədə çətin idi? Üstəlik, yağış yağdı, çox meydan sürüşkən idi.
- Süni qazona qalsa, Azərbaycanda da belə meydançalar var. Ancaq düzdür, meydança bir az problem yaradırdı, o qədər rahat deyildi. 3 xalı qazandığımıza görə sevinirik.