Neftçi” Topaz Premyer Liqasının 8-ci turunda qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.
Sportnet.az xəbər verir ki, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan U-21 və Haiti milli komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.
Xatırladaq ki, Topaz Premyer Liqasının 8-cu turu çərçivəsində oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” oyunu saat 17:00-da başlanacaq.