Fransanın PSJ klubu 20 min avro cərimələnib.
Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA mətbuat xidməti məlumat yayıb.
Paris təmsilçisi Çempionlar Liqasında Serbiyanın "Srvena Zvezda" komandası ilə ev oyununun gec başlamasına görə cəzalanıb. UEFA PSJ-nin 6:1 hesabı ilə qalib gəldiyi görüşdə klubu azarkeşlərin yandırıcı maddələrdən istifadə etməsinə görə də günahlandırıb. Avropa futbol qurumu olayın araşdırılması üçün inspektor təyin edib.