1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"dan qəza açıqlaması
Qarabağ" klubu qapıçı Hannes Halldorssonun maşınla adam vurmasına dair məlumatlara münasibət bildirib.
Klubun mətbuat katibi Nurlan İbrahimov Sportnet.az-a açıqlamasında hadisənin qeyd olunduğu şəkildə baş verdiyini təsdiqləyib.
O bildirib ki, yaralını xəstəxanaya Halldorssonun özü çatdırıb və lazımı tibbi yardım göstərilib. Halldorssonun ifadəsi alınıb. Yaralının heç bir həyati təhlükəsi yoxdur.
Qeyd edək ki, Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisindən 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlu hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, piyadanı "Qarabağ” futbol klubunun qapıçısı, İslandiyanın futbol yığmasının əsas heyət üzvü 1984-cü il təvəllüdlü Hanner Haldorson idarə etdiyi 10 UC 909 nömrə nişanlı "Wolksfagen Tuareg” markalı avtomobillə vurub. Gecə saatlarında klubun bazasından ayrılan və "Port Baku” kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. O, hadisə zamanı maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. Həkimlər yaralının həyatına təhlükənin olmadığını, lakin N.Eyvazovun uzun müddət yeriyə bilməyəcəyini deyiblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib və izahatlar alıblar. Faktla bağlı zəruri ekspertizalar təyin edilib.