İspaniya La Liqasının IX turunda "Barselona” "Seviliya” ilə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, Kataloniya komandası 4:2 hesablı qələbə qazanıb.
Meydan sahiblərinin qollarını 2-ci dəqiqədə Filippe Koutinyo, 12-ci dəqiqədə Leonel Messi, 63-cü dəqiqədə Luis Suares və 88-ci dəqiqədə İvan Rakitic vurub. Qonaq komandada isə Pablo Sarabia 79-cu, Luis Muriel 90+1-ci dəqiqədə fərqlənib.
Bununla da La Liqada lider dəyişib. Xallarını 18-ə çatdıran "Barselona” 1-ci pilləyə yüksəlib, "Seviliya” isə 3-cü pilləyə geriləyib.
Qeyd edək ki, Lionel Messi 16-cı dəqiqədə qonaq komandanın futbolçusu Franko Vaskeslə toqquşaraq yerə yıxılıb. Sağ qolu əzilən 31 yaşlı hücumçu oyunu davam etdirə bilməyib və əvəzlənib.