1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-dan 4 futbolçuya 9 oyunluq cəza
AFFA İntizam Komitəsi "Region Liqası”nın son turunda baş vermiş xoşagəlməz hallarla bağlı qərarlarını açıqlayıb.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Baku” (Bakı) – "Şahdağ” (Qusar) matçında qonaq komandanın baş məşqçisi Kamran Əlibabayev təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb. Görüşün 35-ci dəqiqəsində "Şahdağ”ın futbolçusu Vüqar Asəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. 38-ci dəqiqədə isə qusarlıların digər oyunçusu Vüqar Əlibabayev azarkeşlərə qarşı təhqiredici hərəkət etməsi səbəbindən 3 matçlıq cəza ilə üzləşib. Qarşılaşmanın 45+2-ci dəqiqəsində "Şahdağ”ın futbolçusu Firudin Ağalarovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
"Baku” isə azarkeşlərinin meydana və rəqib komandanın futbolçularına yad əşya atdıqlarına görə qarşıdakı 3 oyunu azarkeşsiz keçirəcək. Bundan başqa kluba analoji hadisənin yenidən baş verəcəyi təqdirdə daha ağır cəzalanacağına dair xəbərdarlıq edilib.
"Kürmük” – "Şəki” matçı başa çatdıqdan sonra isə meydan sahiblərinin futbolçusu Surxay Mikayılovlə Ramin Hacıyev və qonaq komandanın oyunçuları Süleyman Məmmədovla Nəriman İmayətov təhqiredici ifadələr, aqressiv davranış və kütləvi dava-dalaşda iştirak ediblər. Bununla əlaqədar onların hər biri 9 oyunluq cəzalanıb.
"Kürmük” növbəti 3 ev oyunu neytral meydançada və azarkeşsiz keçiriləcək. Həmçinin, bu komandaların cavab matçı azarkeşsiz oynanılacaq.
Analoji hal yenidən baş verəcəyi təqdirdə, "Kürmük” yarışdan kənarlaşdırılacaq.