"Oyuna pis başlamadıq. Bizi nə gözlədiyini əvvəldən bilirdik. Elə ilk dəqiqələrdən hər şey gözlədiyimiz kimi oldu”.
Sportnet.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramin Quliyevin Avropa çempionatının seçmə qrup mərhələsində Norveçə 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
Gənc mütəxəssis rəqibin əsasən uzun ötürmələrdən istifadə etdiyini və cinahlardan hücum təşkil etdiyini bildirib: "Qapımıza təyin olunan 11 metrlik cərimə zərbəsi oyunda dönüş nöqtəsi oldu. Qol buraxdıqdan sonra rəqib ard-arda 2 qol vəziyyəti yaratdı və onlardan istifadə etdi. Belə turnirlərdə rəqib ani səhvləri bağışlamır. Demək olar ki, oyunu 5 dəqiqə ərzində uduzduq. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu məğlubiyyəti unudub qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq”.