
Topaz Premyer Liqasının 9-cu turunda "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qarabağ” oyununun biletləri satışa çıxarılıb.
Sportnet.az xəbər verir ki, qiymət VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir.
Azarkeşlər biletləri "Bakcell Arena”nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, oktyabrın 28-də keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 17:00-da başlayacaq.