İngiltərənin "Liverpul" klubu özünə məxsus olan 10 il əvvəlki rekordunu təkrarlayıb.
Sportnet.az-ın məlumatına görə, mersisaydlılar buna Premyer Liqanın X turunda "Kardiff" üzərində 4:1 hesablı qələbədən sonra nail olublar. Xallarını 26-ya çatdıran "qırmızılar" birinci pilləyə yüksəliblər. 10 il əvvəl "Liverpul" ilk 10 turda bu qədər xal toplasa da, sonda çempionluğu "Mançester Siti"yə qaçırıb.
Elə indi də ilk 2 pillədə bu komandalar qərarlaşıb. "Mançester Siti" oktyabrın 29-da "Tottenhem"i uda bilsə, yenidən "Liverpul"un liderliyinə şərik olacaq.
Qeyd edək ki, "Liverpul" növbəti oyununu səfərdə "Arsenal"a qarşı keçirəcək. Qarşılaşma noyabrın 3-də Londondakı "Emireyts" stadionunda təşkil olunacaq.