Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə UEFA seminarı start götürüb.
Sportnet.az xəbər verir ki, "Məktəblərdə futbol” (Football in Schools) mövzusunda keçirilən seminarda AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edir.
UEFA-nın Kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın Kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşüb.
Qeyd edək ki, seminar noyabrın 1-dək davam edəcək.