1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ştuxlik Səmədlini təltif etdi
Futzal üzrə FİFA referisi Elçin Səmədli rəsmən hakimlik karyerasını başa vurub. Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu münasibətlə təcrübəli ədalət təmsilçisinə təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.
Mükafatları Yüksək Liqada XIII turun "Neftçi” – EKOL oyunundan əvvəl AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik, komitənin departament rəhbəri Cavid Cəlilov, Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev, oyunun hakim-inspektoru Murad Məmmədov, EKOL komandasının rəhbərliyi
Qeyd edək ki, 18 may 1971-ci ildə Bakı şəhərində anadan olan Elçin Səmədli 2003-cü ildən hakimlik fəaliyyətinə başlayıb. Müxtəlif liqalarda oyunlar idarə edən referi 2006/2007-ci illərdə Premyer Liqa matçlarına təyinat alıb.
2007-ci ilin ikinci yarısından sırf futzal hakimi kimi fəaliyyət göstərən E.Səmədli 2008-2018-ci illərdə futzal üzrə FİFA referisi olub.
İndiyədək futzal üzrə ölkə çempionatının müxtəlif liqalarında, eləcə də Azərbaycan kuboku yarışında 1150-dən çox oyun idarə etmiş referi FİFA və UEFA-nın 83 rəsmi oyununa təyinat alıb. E.Səmədli UEFA-nın I kateqoriyasına qədər yüksəlməyi bacarıb.