1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sanki doğma meydanda oynayan biz deyildik"
“Çox pis oynadıq. Rəqibdən çəkindik, sanki dogma meydanda oynayan biz deyildik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandasının baş məşqçisi Ağatahir Əzimov Bakıda Türkiyə yığmasına 1:10 hesabı ilə uduzduqları növbəti yoldaşlıq görüşündən sonra affa.az-a açıqlamasında deyib. Gənc mütəxəssis məşqdə etdiklərini oyunda göstərə bilmədiklərini söyləyib: "Razıyam, fiziki cəhətdən rəqibdən geri qalırdıq. Ancaq verdiyim tapşırıqları da uşaqlar tətbiq edə bilmədilər. Seçim imkanımız məhduddur”.
Onun türkiyəli həmkarı Murat Kaya isə bildirib ki, 5:3 hesabı ilə qalib gəldikləri ilk oyunla müqayisədə müdafiədəki səhvləri düzəltməyə çalışıblar: "Bilirdik ki, rəqibimiz əsas standart vəziyyətlər zamanı təhlükəli olur. Bu dəfə səhvsiz oynadıq, sürəti artırmağa çalışdıq. Göstərdiyiniz qonaqpərvərliyə, diqqətə görə təşəkkürümüzü bildiririk. Bizim üçün faydalı oyunlar oldu”.