
19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Ağatahir Əzimovun baş məşqçi olduğu kollektiv Sloveniyanın Podçetrtek İdman Sarayında komandamız Kipr futzalçıları ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu Marko Rotenflu (İsveçrə), İvo Tsenov (Bolqarıstan) və Damian Jaruçeviçdən (Polşa) ibarət hakimlər briqadası idarə edəcək.