“Referilər iqrçilik halları baş verən zaman oyunu dayandırmalıdırlar”.
Sportnet.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeverin deyib. Sloveniyalı funksioner son dövrlər baş verən bir sıra insidentlərdən sonra hakimlərlə yenidən danışacaqlarını və onlara daha qətiyyətli olmağı tapşıracaqlarını deyib: “Hakimlər belə hallarda görüşü dayandırmalıdırlar. İrqçilik dözümsüzlüyünü nümayiş etdirənlər azlıqdadırlar, ancaq onların səsi yüksək çıxır. Azarkeşlərin əksəriyyəti də bu cür olaylardan narazıdırlar”.
Qeyd edək ki, indiyə qədər Azərbaycanda keçirilmiş futbol matçlarında irqçilik hallarına rast gəlinməyib.