İngiltərənin ən varlı şəxsi hesab olunan Cim Retkliff Fransanın "Nitsa" klubunu almaq istəyir.
Sportnet.az AFP-yə istinadən xəbər verir ki, bu barədə onun qardaşı Robert Retkliff məlumat verib.
O, bütünlüklə yenidən qurulmalı olan bir klub almaq istəmədiklərini söyləyib: "Nitsa" böyük bir stadiona və müasir təhsil mərkəzinə malikdir".
Robert Retkliff qardaşının "Mançester Yunayted" fanatı olduğunu və futbola sərmayə qoymaq istədiyini deyib. "Nitsa"nın sahibi olan Çien Li klubun satılması təklifinə rədd cavabı verib. O, klubu satmağa hazır idi. Amma sonra bizə məlumat verildi ki, o, başqa təklifləri dəyərləndirmək istəyir".
Qeyd edək ki, 2017-ci ildə İsveçrənin "Lozanna" komandası satın alan Cim Retkliff sərvətinin 24.5 milyard avro olduğu deyilir. "Nitsa" cari mövsüm Fransa çempionatında 30 turdan sonra 8-ci pillədə qərarlaşıb.