"Neftçi”nin futbolçusu Namik Ələskərov "Zirə”yə 4:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçını dəyərləndirib.
Sportnet.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında qələbədə pay sahibi olduğu üçün sevincini gizlətməyib. O, görüşün asan keçmədiyini bildirib: "Meydana daxil olandan dərhal sonra komandamızın üçüncü qolunu vurdum. Buna görə çox şadam. Bir az əvvəl qol buraxdığımız üçün oyunun tərzi dəyişməli idi. Bu mənada əvəzetmə yerinə düşdü. Əsas odur qələbə qazandıq. Sevinirəm ki, bunda mənim də payım oldu”.
Qeyd edək ki, Namik Ələskərov "Zirə" ilə görüşün 60-cı dəqiqəsində meydana girib və 1 dəqiqə sonra komandasının 3-cü qolunu vurub.