Futzal üzrə Azərbaycan milli komandası bu gün Serbiya yığması ilə növbəti yoldaşlıq oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, görüş rəqibin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Thaqo Telesin dubl etdiyi görüşdə millinin digər qollarını İsa Atayev, Fineo de Araujo və Ramiz Çovdarov vurub.
Qarşılaşmadan əvvəl “Ekonomaç” klubunun prezidenti və baş məşqçisi vaxtilə bu komandanın formasını geyinmiş yığma üzvü Vitali Borisova xatirə hədiyyəsi təqdim edib.