
Rusiya Federal Məhkəmə Xidməti "Lokomotiv"in sabiq futbolçusu Dmitri Tarasovun ölkədən çıxışına qadağa qoyub.
Sportnet.az "Rapsi" nəşrinə istinadən xəbər verir ki, bu barədə oyunçunun keçmiş həyat yoldaşının vəkili Sergey Jorin məlumat verib.
Buna 32 yaşlı yarımmüdafiəçinin alimet borcunun olması səbəb olub. Vəkil bildirib ki, futbolçunun hesablarına da həbs qoyulub. Onun sözlərinə görə, Tarasov keçmiş həyat yoldaşına ödəməli olduğu alimentin miqdarını azalda bilməyib. Artıq onun borcu 9 milyon rubl olub.
Qeyd edək ki, Tarasov 2010 - 2019-cu illərdə "Lokomotiv"də çıxış edib. O, hazırda klubsuzdur.