"Hələlik təklif barədə bir söz demək istəmirəm. Çünki qarşıda oyunlarımız var. Amma zaman keçdikcə, hər şeyi özünüz görəcəksiniz".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli xaricdən təklif aldığına dair xəbərlərə münasibət bildirərkən deyib. 22 yaşlı hücumçu bildirib ki, ölkə xaricinə daha da irəli getmək üçün yollanmağı düşünür: "İstər İspaniya, istərsə də Fransanın səviyyəcə ikinci liqası Azərbaycan Premyer Liqasından güclüdür. Amma avrokuboklarda çıxış edirik, bu nüansı da nəzərə almaq lazımdır. Məsləhətləşəcəyəm. Gedib orada qalmaq düşüncəsi olmamalıdır. Daha da irəli gedə biləcəyəmsə, niyə də yox?!"
Emreli onu istəyən komandaların heç biri ilə görüşmədiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, Mahir Emreli ilə İspaniyanın "Estremadura" və Fransanın "Genqam" klublarının maraqlandığı bildirilir.