Türkiyə təmsilçisi "Trabzonspor" İngiltərənin "Liverpul" komandasından ayrılan Daniel Starrici heyətinə qatıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı ingiltərəli hücumçu ilə 2+1 illik müqavilə imzalanıb. Forvard Türkiyə klubuna azad agent kimi keçib.
Qeyd edək ki, Daniel Starric müxtəlif vaxtlarda İngiltərə millisinin də formasını geyinib.