Lüksemburq "Düdelanj"ı Avropa Liqasının qrup mərhələsinin startı ərəfəsində yeni məşqçi ilə güclənib.
Sportnet.az-ın məlumatına görə, Bertran Krasson baş məşqçi Emilio Ferreraya köməkçi təyin olunub. 47 yaşlı mütəxəssis əvvəllər Ferrera ilə birgə Belçika "Anderlext"ində çıxış edib. O, son illər Tailandda çalışıb.
Qeyd edək ki, "Düdelanj" "Qarabağ", İspaniya "Sevilya"sı və Kipr APOEL-i ilə birgə A qrupunda yer alıb. Lüksemburq çempionu Azərbaycan təmsilçisi ilə oktyabrın 3-də öz meydanında, dekabrın 12-də isə Bakıda qarşılaşacaq.