1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Moldovalı baş məşqçi qapıçı amillini qabartdı
"Əlbəttə, nəticədən razı deyiləm. Ən azı 1 xala layiq olduğumuzu düşünürəm. Komanda şəklində pis təsir bağışlamadıq".
Sportnet.az-ın məlumatına görə, bunu Moldovanın futzal üzrə milli komandasının baş məşqçisi Vladimir Busatı Azərbaycan yığmasına 1:3 hesabı ilə uduzduqları dünya çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin 3-cü qrupunun ilk tur matçından sonra söyləyib. Təcrübəli mütəxəssis qapıçı amillinin nəticədə böyük rol oynadığını vurğulayıb: "Rəqibin heyətində fərdi keyfiyyətlərinə görə seçilən oyunçular olsa da, qapıçılarının daha inamlı çıxış etdiyini vurğulamalıyam. Futzalda qapıçı vacib amildir. Bu gün bizim qapıçının da işi az olmadı".
"Məqsədimiz növbəti mərhələyə adlamaqdır. Bu mərhələdə təsadüfi komanda olmur. Əsas mərhələnin nə olduğunu yaxşı bilirik” deyən Busatı mehriban qəbula görə Azərbaycana təşəkkürünü bildirərək, özlərini evlərindəki kimi hiss etdiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, Moldova millisi 3-cü qrupda növbəti oyununu oktyabrın 24-də Slovakiyaya, oktyabrın 26-da isə Monteneqroya qarşı keçirəcək.