"Amyen" komandasının azarkeşlərindən biri "Brest"lə keçirilmiş Fransa çempionatının XII tur matçı zamanı tribunadan yıxılıb.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı fanat başından xəsarət alıb. O, beton örtük üzərinə düşüb və başından güclü qanaxması olub. Xəstəxanaya çatdırılan gənc azarkeşin artıq özünə gəldiyi bildirilir.
Qeyd edək ki, Amyen şəhərindəki La Likorn" arenasında keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.