Kiprin APOEL komandası UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ” önünə iki futbolçu itkisi ilə çıxacaq.
Sportnet.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi Tomas de Vinsenti və sloveniyalı hücumçu Roman Bezyak Azərbaycan təmsilçisi ilə görüşü buraxacaqlar. Onların bərpa prosesi davam edir.
Əvəzində Antonio Yakoliş tam sağalıb. Baş məşqçi Tomas Doll xorvatiyalı yarımmüdafiəçinin xidmətindən yararlana biləcək.
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq.