İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında Fair Play və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.
Sportnet.az-ın məlumatına görə, iclasa AFFA-nın baş katibi, qeyd olunan komitənin rəhbəri Elxan Məmmədov sədrlik edib.
Qeyd edək ki, bu il mayın 29-da UEFA İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasında Elxan Məmmədov UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib.