İtaliyanın Vigevano şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, turnirdə Azərbaycanı eşitməqüsurlu əlillərdən ibarət "Ulduz" futzal komandası təmsil edəcək.
Püşkün nəticəsinə görə, B qrupunda yer alan komandanın rəqibləri İtaliyanın “Potenza”, Danimarkanın “Vikinq” və İspaniyanın “Qranada” komandaları olacaq.
“Ulduz” yanvarın 21-də Bakı vaxtı ilə saat 15:00-də “Vikinq”, saat 20:00-da isə “Qranada”, yanvarın 22-də saat 14:00-da “Potenza” ilə qarşılaşacaq. Həmin gün 1/8, ertəsi gün 1/4, yanvarın 24-də isə yarımfinal mərhələsinin oyunları keçiriləcək. Turnirin qalibi və üçüncü yerin sahibi yanvarın 25-də keçiriləcək oyunlarda müəyyənləşəcək.